Muzeylərə ekskursiya

3 may 2025-ci il tarixində məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Vəfa Hüseynovanın rəhbərliyi ilə 5b sinif şagirdləri ”Cəlil Məmmədquluzadənin ev muzeyi”nə, “Səməd Vurğunun ev muzeyi”nə və “M.F.Axundov adına Milli Kitabxana”sına ekskursiya etdilər. Məqsəd şagirdlərin bədii estetik zövqlərini formalaşdırmaq, milli-mənəvi dəyərlərimizi gələcək nəsilərə ötürməkdir. İlk öncə ”Cəlil Məmmədquluzadənin ev muzeyi” və “Səməd Vurğunun ev muzeyi” ilə yaxından tanış olan şagirdlərə bildirildi ki, Azərbaycanın yazıçı, dramaturqu Cəlil Məmmədquluzadənin və şair, dramaturq Səməd Vurğunun xatirəsini əbədiləşdirmək məqsədilə ev muzeyi haqqında geniş məlumat topladılar. Muzeydən xoş əhval ruhiyyə, maraqlı məlumatlar və gözəl təəssüratlarla ayrıldılar. Ekskursiya zamanı şagirdlər bir çox yeni məlumatlarla tanış oldular və çox əyləndilər.