Ümummilli lider Heydər Əliyevin xatirəsi yad edildi

Bugün məktəbimizdə musiqi müəllimi Nərmin Budaqovanın rəhbərliyi ilə 10 May — Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş bədii-musiqili tədbir təşkil olundu.Tədbirdə məktəbin şagirdləri tərəfindən milli ruh, tarixə ehtiram və vətənpərvərlik mövzularını əks etdirən bir-birindən maraqlı musiqi nömrələri təqdim edildi. Proqram boyu Azərbaycan xalqının qəhrəmanlıq tarixi, mədəni irsi və Ulu Öndər Heydər Əliyevin dövlətçilikdə və mədəniyyətin inkişafında oynadığı mühüm rol musiqi vasitəsilə dinləyicilərə çatdırıldı. Tədbirin sonunda çıxış edən müəllimlər və qonaqlar şagirdlərin və müəllim kollektivinin hazırladığı bu anlamlı proqramı yüksək qiymətləndirdilər, bu cür tədbirlərin gənc nəslin milli ruhda tərbiyəsi üçün əhəmiyyətini vurğuladılar.