IV siniflərdə monitorinq keçirildi

 17 may 2025-ci il tarixində 195 nömrəli tam orta məktəbdə Ümumi təhsil müəssisələrinin IV siniflərində monitorinq imtahanı keçirildi. İmtahanda 195 nömrəli məktəb 223, 321 və 224 nömrəli məktəblərlə birlikdə 368 nəfər şagird  kağız üzərində, 60 nəfər şagird isə kompüter üzərində imtahan verib. Monitorinq zamanı şagirdlərə tədris dili və riyaziyyat fənləri üzrə suallar təqdim olunmuşdu. Tapşırıqlar tədris dili fənnindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən isə ədədlər  və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal məzmun xətlərini əhatə edirdi. Monitorinq prosesində təhsilalanlara tədris dili fənni üzrə 30 qapalı sual, riyaziyyat fənni üzrə isə 27 qapalı və 3 açıq sual təqdim olundu. Şagirdlərə 150 dəqiqə vaxt verildi. Monitorinqin keçirilməsinin məqsədi ibtidai təhsil səviyyəsində təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi və yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi, şagirdlərin növbəti təhsil pilləsində təhsilini davam etdirməyə nə qədər hazırlıqlı olmasının müəyyən edilməsi və bu istiqamətdə kompleks tədbirlərin aparılması ilə bağlı gələcək fəaliyyətlərinin planlaşdırılmasıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi