Zəfərin sədası
8 noyabr 2024-cü il tarixində Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Parkında "Zəfər Günü"nə həsr olunmuş möhtəşəm sərgi keçirildi. Sərgidə məktəbimizdən direktor əvəzi, direktor müavini, müəllimlər və şagirdlər də iştirak etdi.Tədbirin əsas məqamlarından biri Qaradağ rayonunda fəaliyyət göstərən məktəblər, uşaq bağçaları və incəsənət məktəblərinin şagirdlərinin hazırladığı əl işlərindən ibarət sərgiyə keçirilən baxış oldu. Rayon rəhbərliyi sərgiyə böyük maraq göstərərək, şagirdlərin yaradıcılığına yüksək qiymət verdi. Sərgidə Qaradağ rayonundan olan şəhidlərin həyat yolunu əks etdirən məktəblilərin əl işləri xüsusi olaraq nümayiş etdirildi.Təhsil müəssisələrindən gələn məktəblilər vətənpərvərlik ruhunda şeirlər söyləyərək, rəqs edərək və nəğmələr səsləndirərək tədbirə xüsusi rəng qatdılar. Uşaqların yüksək coşğu ilə çıxış etməsi, onların milli qüruru və vətənpərvərlik hisslərini nümayiş etdirdi.