Steam dərsindən əl işləri nümayiş olundu
Məktəbimizin foyesində STEAM layihəsi əsasında Zəfər günü ilə bağlı sərgi təşkil edildi. Sərgidə məktəbimizin şagirdlərinin 3d qələm ilə hazırlanmış fiqurlar və digər əl işləri nümayiş olundu. STEAM sərgisinin əsas məqsədi şagirdlərdə istehsal təfəkkürünün formalaşdırmaq, yaradıcılıq qabiliyyətini yeni ideyalar əsasında əks etdirmək, fərqli sahələrdə bacarığı olan şagirdlərin fikirlərini toplayaraq komanda şəklində işləmək bacarığını nümayiş etdirməkdir.