BilBacar müsabiqəsi keçirildi
14-15 yaşlı şagirdlərin oxu, riyaziyyat və elm sahələri üzrə məktəbdə qazandığı bilik və bacarıqlarla həyatda qarşılaşdıqları problemləri həll etməsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası elm və təhsil nazirinin “Bilbacar” müsabiqəsinin təşkili barədə əmrinə əsasən məktəbin VIII, IX və X sinif şagirdləri yarışda iştirak etmək üçün oktyabr ayında qeydiyyatdan keçiblər. 05 noyabr 2024-cü il tarixində qeydiyyatdan keçmiş şagirdlər müsabiqədə iştirak etdilər. Məktəbimizin şagirdləri "Bilbacar bacarıqları" masabiqəsi barəsində geniş məlumatlandırıldı. Müsabiqəni keçirməkdə məqsəd məktəblilərin inkişafını və bacarıqlarını real həyatda tətbiqinə sövq etməkdir.