Bu gün Füzuli şəhəri günüdür

17 oktyabr 2024-cü il tarixində məktəbin kitabxanaçıları tarix müəllimi Şəfa Ağababayeva ilə birlikdə Füzuli  şəhərinin azad olunması ilə əlaqədar IXb sinfində söhbətləri oldu. İlk öncə tarix müəllimi Füzulinin tarixindən söz açdı. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin  2023-cü il iyulun 31-də imzaladığı Sərəncamına əsasən Füzuli şəhərinin işğaldan azad olunduğu 17 oktyabr tarixi Füzuli Şəhəri Günü kimi qeyd olunur. Bu cür söhbətlərin keçirilməsinin  əsas məqsədi şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, azad olunan torpaqların tarixini daha dərindən öyrətmək və bu torpaqlar uğrunda canlarını qurban verən şəhidləri, qaziləri unutmamaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi