Şəhid Pünhan Abbasovun anım günü

15 oktyabr 2024-cü il tarixində məktəbin akt zalında 44 günlük Vətən müharibəsi şəhidi Abbasov Pünhan Nəsir oğlunun anım günü keçirildi. Tədbir Azərbycan Respublikasının Dövlət Himni ilə başlandı. Daha sonra Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə şəhid anaları, qazilər və yazıçılar birliyinin üzvü, şair Qorxmaz Kadusi çıxış etdi. Həmçinin məktəb şagirdləri şəhidə aid şeirlər söylədilər. Məktəbin ibtidai sinif müəllimi Aynur Cavid şəhidə həsr etdiyi şeirini səsləndirdi. Tədbirin keçirilməsində məqsəd Vətən müharibəsi şəhidlərini hər zaman yad etmək, onların unudulmamasına çalışmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi