Əziz Cəbrayıl, sən azadsan!

04 oktyabr 2024-cü il tarixində məktəbimizin  IXc sinif şagirdləri tarix müəllimi Vüsal Məhərrəmovun təşkilatçılığı ilə Cəbrayıl şəhəri günü münasibətilə tədbir keçirildi. Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Şagirdlər Cəbrayılın keçmişi və bu günü barədə geniş fikir mübadiləsi apardılar. Bu kimi tədbirləri keçirtməkdə məqsəd, şagirdlərə vətənpərvərlik hislərini aşılamaq və onlara tariximizi tanıtmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi