Psixi sağlamlıq günü

 9 oktyabr 2024-cü il tarixində məktəbin psixoloqu Ramiyə Məmmədli şagirdləri psixi sağlamlıq haqqında məlumatlandırmaq məqsədilə maarifləndirici söhbət apardı.Psixoloq şagirdlərə "Psixi sağlamlıq günü"ilə əlaqədar geniş məlumat verdi.Qeyd etdi ki, 1992-ci ildən etibarən hər il oktyabrın 10-u Ümumdünya Psixi Sağlamlıq günü kimi qeyd olunur. Həmin gün Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü və Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə təsis edilib. Bildirdi ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumtına görə, hazırda dünyada 1 milyarda yaxın insan müxtəlif psixi xəstəliklərdən əziyyət çəkir. O , bildirdi ki Ümumdünya Psixi Sağlamlıq Gününün qeyd olunması psixi sağlamlığın problemləri, onun möhkəmləndirilməsi və profilaktik üsulları barədə ictimaiyyətin məlumatlılığının artırılması məqsədi daşıyır. Ümumilikdə, şagirdlər psixi sağlamlığın mahiyyətindən danışdı. Daha sonra şagirdlər dinlənildi, onları maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi