Fövqəladə hallarla bağlı təlim keçirildi

08 oktyabr 2024-cü il tarixində  Bakı Şəhər Təhsil İdarəsinin 07.10.2024-cü il tarixi №3.29.59/2-4091/2024 əmrinə əsasən məktəbin akt zalında "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda məktəb heyəti üçün maarifləndirmə tədbiri keçirildi. Fövqəladə Hallar Nazirliyinin əməkdaşı yanğın, zəlzələ və s. bu kimi hallarla bağlı çıxış edərək bildirdi ki, ehtiyatlı davranaraq biz bu kimi vəziyyətlərdən daha az zərərlə çıxa bilərik. Maarifləndirmə tədbirlərinin keçirilməsində məqsəd şagird və məktəb heyətinin baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub. Şagirdlərə fövqəladə hallarla bağlı videoçarx da nümayiş olundu. Sonda tədbirdə iştirak edənlərin mövzu ilə bağlı sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi