Valideynlərə məktub

13 iyun 2024-cü il tarixində 2023-2024-cü tədris ilinin yekun tədbirlərindən biri də "Valideynlərə məktub" layihəsi idi. Bu məktublar iki istiqamət üzrə göndərildi.

1. Şagird kontingenti içərisində nizam-intizamı ilə seçilən və qaydalara məsuliyyətlə yanaşan şagirdlərimizin valideynlərinə məktub

2. Öz akademik göstəriciləri ilə seçilən şagirdlərimizin valideynlərinə məktub

Bu məktubların göndərilməsində məqsəd övladının təhsilini həyatının ən əhəmiyyətli işi hesab edən valideynlərə təşəkkür etmək və onların tərbiyə etdikləri şagirdlərin rəğbətləndirilməsi idi. Məktubların məzmununda qeyd olunmuşdur ki, məktəbin əsas məqsədi istedadlı şagirdləri aşkar edərək onların akademik bacarıqlarını inkişaf etdirməklə yanaşı, həm də vətənə, dövlətə layiqli və öz məsuliyyətini dərk edən vətəndaşlar yetişdirməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi