"Qaraca qız" filmindən bir hissə canlandırıldı

    16 aprel 2024-cü il tarixində məktəbin VIIa sinif şagirdləri  musiqi müəllimi İnci Əsgərovanın təşkilatçılığı ilə ''Qaraca qız'' filminin bir hisəsi canlandırıldı. Əvvəlcə şagirdlərə ''Qaraca qız'' baleti barəsində qısa məlumat verildi. Qeyd olundu ki ''Qaraca qız'' baleti uşaqlar üçün yazılmış ilk irihəcimli musiqi əsəridir. Həmçinin qeyd olundu ki, bəstəkar Əşrəf Abbasov ''Qaraca qız'' baletini Süleyman Sani Axundovun ''Qorxulu nağıllar'' silsiləsindən olan eyniadlı hekayə əsasında yazmışdır. Tədbirdə iştirak edən məktəb psixoloqu tədbirin keçirilməsinin məqsədindən danışdı və qeyd etdi ki, əsər bədii-estetik təsiri ilə yanaşı məktəb yaşlı uşaqların psixoloji tərbiyəsində mühüm əhəmiyyət kəsb edir. Tədbirin keçirilməsində məqsəd Azərbaycan uşaq ədəbiyyatının nadir incilərindən olan Qaraca qız obrazını şagirdlərə yaxından tanış etmək idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi