Maarifləndirici söhbət aparıldı

    24 aprel 2024-cü il tarixində məktəbin psixoloqu Ramiyə Məmmədlinin təşkilatçılığı ilə məktəbin  V və VII siniflərində şagirdlərlə “Bullinq” mövzusunda maarifləndirici söhbət  aparıldı. O bildirdi ki, Bullinq ingiliscədən “bulling” sözü olub, kollektivin üzvlərindən birinə qarşı  aqressiv  təqib, təhqiredici hərəkət, psixoloji terror mənasını verir. Eyni zamanda qeyd olundu ki, şagirdlər arasında hər hansı bir şagirdin  təklənməsi, ona sinif  yoldaşları tərəfindən bilərəkdən olunan qərəzli təzyiqdir. Həmçinin bu cür münasibətlərin yeniyetmələr arasında olan aqressiya və davranış problemlərindən yarandığını qeyd etdi. Bu daha çox yeniyetmələrin bir-birinə psixoloji təzyiq etdikləri anda baş verir ki, bu da sonda fiziki şiddətlə nəticələnən və təəssüf ki, cəmiyyətdə daha çox oğlanlar arasında təsadüf olunan bu hal indi qızlar arasında da geniş yayılıb. Psixoloq sonda şagirdlərin verdiyi sualları cavablandırdı. Maarifləndirici söhbəti keçirtməkdə məqsəd, “Bullinq nədir?”, onun növləri və bullinqdən necə qorunmağın yollarını izah etdirməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi