Ümumdünya kitab və müəlliflik hüququ günü

    23 aprel 2024-cü il tarixində kitabxanaçılar və VII sinif şagirdləri ilə bərabər məktəbin kitabxanasında dəyirmi masa  keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Məktəbin kitabxanaçısı Yaqut Eyvazova ilk öncə  YUNESKO–nun qərarına əsasən, hər il 23 aprel tarixinin beynəlxalq səviyyədə “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” kimi qeyd edildiyini şagirdlərin diqqətinə çatdırdı, bu günün beynəlxalq səviyyədə qeyd edilməsinin əhəmiyyəti və mahiyyətini izah etdi. Tədbirdə ən fəal oxucular il boyu oxuduqları kitablardan birinin təqdimatını iştirakçılara təqdim etdilər. Şagirdlərin bu formada təqdimatı yoldaşlarında mütaliəyə böyük maraq oyatmaqla paralel olaraq başqalarını dinləmək və dəyərləndirmək keyfiyyətini də formalaşdırdı. Dəyirmi masanın keçirilməsinin əsas məqsədi şagirdlərin bir şəxsiyyət kimi formalaşması, mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülün, mütaliə mədəniyyətinin, kitabın mühüm rolunun təbliğindən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi