Məhəmməd Füzulinin 530 illiyi

    25 aprel 2024-cü il tarixində  məktəbin kitabxanasında kitabxanaçıların, Azərbaycan dili və ədəbiyyat müəllimləri Aysel Balakişiyevanın və Leyla Nəcəfovanın təşkilatçılığı ilə dahi  Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar dəyirmi masa keçirildi. İlk öncə Füzuli yaradıcılığını özündə əks etdirən film nümayişi və məktəbin kitabxanasında dəyirmi masa arxasında əyləşən şagirdlərin  təqdimatı oldu. Məktəbin IX sinif şagirdləri tərəfindən Məhəmməd Füzulinin “Leyli və Məcnun" əsərindən "Anasının Leyliyə nəsihəti”, “Leyli və Məcnunun yazılması haqqında”, “Şikayətnamə” əsərləri müzakirə olundu. Daha sonra şagirdlər Məhəmməd  Füzulinin “Olmaz”, “Məni candan usandırdı”, “Canı vermə qəmi eşqə ki”, “Söz”, “Əql yar olsaydı” qəzəlləri şagirdlər tərəfindən səsləndirildi. Dəyirmi masanın keçirilməsində məqsəd məktəblilər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək, onların yaradıcılıq, intellektual qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq, eləcə də gənc istedadları üzə çıxarmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi