Ədəbiyyat yarışı keçirildi

    22 aprel 2024-cü il tarixində məktəbimizin  VIII siniflər arasında Ədəbiyyat yarışı keçirildi. Yarış məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Nigar Hacıyeva və Röyalə Sabənli tərəfindən məktəbin akt zalında həyata keçirildi. Yarışda 6 sinifdən ibarət komanda iştirak etdi. "Təzadlar",  "Metafor" , "Nizami Gəncəvi", "Hədəf", "Şah beyt" və " Mübaliğə" qrupları yarışda olduqca aktivlik nümayiş etdirdilər. Sonda yarışın nəticələri elan olundu. "Təzadlar" 1-ci yer, " Hədəf" 2-ci yer, "Nizami Gəncəvi" komandası isə 3-cü yerə layiq görüldü.  Yarışın keçirilməsində əsas məqsəd şagirdlərdə ədəbiyyat dərslərinə marağın oyadılması, onların məntiqi, tənqidi bilik və təfəkkürünü, eləcə də mühakimə və tətbiq bacarıqlarını inkişaf etdirməkdir. Bütün şagirdlərə uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi