“Bilgənin macəraları” kitabının təqdimatı

08 aprel 2024–cü il tarixində məktəbin akt zalında “Bilgənin macəraları” kitab seriyasından “ Həkim Bilgə” və “ Səyyah Bilgə” kitablarının təqdimatı və müəllif, eyni zamanda məktəbin ibtidai sinif müəllimi Aynur Cavidlə görüş keçirildi. Məktəb kitabxanasının müdiri Səkinə Əfəndiyeva  və kitabxanaçısı Yaqut Eyvazovanın təşkilatçılığı ilə hazırlanan tədbirdə kitablar haqqında videoçarx və şəkillər nümayiş olundu, kitab klubunun şagirdləri kitab haqqında fikirlərini səsləndirdilər. Bilgənin başına gələn  macəraları  əks  etdirən səhnəciklər göstərildi. Tədbirdə qonaq qismində iştirak edən Qobustan qəsəbə ziyalılarından şair Qorxmaz Kadusi, ədəbiyyat bilicisi Zahir Zülfiqarlı kitab və mütaliənin vacibliyi haqqında danışaraq, öz xatirələrini bölüşdülər.Son olaraq  məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Vəfa Hüseynova, ibtidai sinif müəllimi Xatirə Qasımova kitabın uşaq ədəbiyyatındakı rolu haqqında çıxış edərək, müəllifə uğurlar dilədilər.  Görüşü keçirməkdə məqsəd mütaliə bacarıqlarının gücləndirilməsi, yeni kitabların və müəlliflərin tanıdılmasından ibarət idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi