Zərərli vərdişlər

    27 mart 2024-cü il tarixində məktəbin psixoloqu Ramiyə Məmmədli  tərəfindən məktəbin VIII sinif qız şagirdləri ilə ''Zərərli vərdişlər'' mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə insan orqanizminə mənfi təsir göstərən zərərli vərdişlərdən və dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıldı. Qeyd olundu ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. Şagirdlərə narkotik vasitələrin zərərli təsirindən bəhs edən videoçarx nümayiş olundu. Tədbirin əsas məqsədi şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə  məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğatı gücləndirmək və təhsilə, elmə, olan marağı artırmaq məsələlərini müzakirə etməkdən ibarətdir. Sonda şagirdlər dinlənildi və onları maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi