Novruz bayramı ilə bağlı tədbir keçirildi

    18 mart 2024-cü il tarixində Novruz bayramı münasibətilə məktəbin akt zalında  kitabxanaçılar və psixoloqun birgə hazırladıqları Novruz adlı tədbir təşkil edildi. Tədbirdə xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, su, od, yel və torpaq çərşənbələrinin mahiyyəti, Novruz atributları nümayiş edildi. Şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid şeirlər səsləndirdilər, kosa, keçəl və bahar qızın iştirakı ilə maraqlı səhnəciklər nümayiş etdirdilər. Tədbirlərin təşkil olunmasında məqsəd şagirdlərə Novruz bayramının tarixi barədə daha dolğun məlumatlar vermək, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinə və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına nail olmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi