Ana dili

    15 mart 2024-cü il tarixində məktəbin kitabxanasında kitabxana  müdiri Səkinə Əfəndiyeva, kitabxanaçı Yaqut Eyvazovanın təqdimatında Ana dili günü ilə əlaqədar dəyirmi masa təşkil olundu. Dəyirmi masa Dövlət Himninin oxunması ilə başlanıldı. Sonra kitabxanaçılar dilimizin yaranma tarixindən, Azərbaycan dilinin bugünkü inkişaf  səviyyəsindən danışdı. Daha sonra Yaqut Eyvazova qeyd etdi ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan dili haqqında danışarkən dilimizin qədim tarixi köklərə malik olduğunu vurğuladı, hər bir vətəndaş öz Ana dilini, Dövlət dilini bilməlidir və fəxr etməlidir. Sonra şagirdlər də öz növbəsində müxtəlif şairlərin yaradıcılığından dilimizə həsr olunmuş şeirlər söyləyib, müxtəlif məlumatlar verdilər. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dili haqqında kəlamlarından hazırlanmış videoçarx izlənildi. Bundan əlavə şagirdlər dilimizdə olan alınma sözlərin düzgün işlənən formalarını səsləndirdilər. Dilimizi qoruyan, yaşadan, xalqımızdır, onu əziz və möhtərəm tutmaq hər kəsin borcudur.  Dəyirmi masanın keçirilməsinin məqsədi zəngin dilimizi sevmək, sevdirmək, inkişaf etdirmək, yad təsirlərdən qorumaq və digər nəsillərə olduğu kimi ötürməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi