Böyük summativ qiymətləndirmə imtahanlarının yekunu

 

23 Yanvar 2020-ci il tarixdən məktəbin fəaliyyət planının 1.1.1.12-ci bəndinə uyğun olaraq, şagirdlərin məzmun xətləri üzrə təlim nəticələrinə nə dərəcədə nail olduğunu ölçən Böyük Summativ Qiymətləndirmə imtahanlarına yekun vurulub. İmtahanlarda nəzarətçilərlə yanaşı məktəb rəhbərliyi də iştirak edib. Artıq sabahdan Təhsil Nazirliyinin 2013-cü il 792 nömrəli əmrinin tələblərinə müvafiq olaraq şagirdlərin I yarımil üzrə yekun qiymətləri hesablanacaq. Birinci yarımilin  bütün fənlər üzrə qiymətləndirmənin nəticələri şagirdlərin  elan olunmuşdur. Valideynlərin və şagirdlərin nəzərinə çatdırılmışdır ki, bu və ya digər səbəbdən Böyük Summativ Qiymətləndirmədə iştirak etməyən şagirdlər 2020-ci ilin fevral ayının sonunadək imtahana cəlb olunacaqlar. Həmin şagirdlərin I yarımil üzrə təlim nəticələri yalnız BSQ -ə imtahanında iştirak etdiyi halda müsbət qiymətləndiriləcək. Əks halda şagirdin BSQ üzrə qiyməti "0" qəbul olunacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi