Şəhidlərin ev muzeyi ziyarət olundu

    09 aprel 2024-cü il tarixində Ramazan bayramı ilə əlaqədar məktəbin psixoloqu Ramiyə Məmmədli, biologiya müəllimi Aynur Abzərova, Azərbaycan dili və ədəbiyyat müəllimi Gözəl Həsənova və kitabxanaçıların təşkilatçılığı  ilə Və, VIIb, VIIc və IXe sinif şagirdləri və onların valideynləri tərəfindən Vətən müharibəsi qəhrəmanıları Ələddin Xəlilovun və Pünhan Abbassovun ev muzeyləri ziyarət edildi. Şəhid valideynləri şagirdləri hörmətlə qarşıladı, onlara öz övladlarının vətənpərvərliyi, qəhrəmanlığı, döyüşlərdə göstərdiyi şücaət barədə məlumat verdilər. Həmçinin şagirdlər şəhidin ev muzeyi ilə, şəhidin şəxsi əşyaları ilə tanış oldular. Şagirdlər vətənpərvərliyə, qəhrəmanlığa və şəhidlərə həsr olunmuş şeirlər söylədilər. Ziyarətin əsas məqsədi şagirdlərdə vətənpərvərlik hisslərini gücləndirmək, onları şəhidlərimizin qəhrəmanlıqları ilə tanış etmək idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi