"Milli- mənəvi dəyərlərimizi nə qədər tanıyıram" mövzusunda sorğu

 Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 30.12.2019-cu il tarixli F-536 nömrəli əmrinin 1.1-ci bəndinə və Məktəbin İllik Fəaliyyət Planının 3.4.2.1-ci bəndinə müvafiq olaraq 16.01.2020-ci il tarixində 9 və 11-ci sinif şagirdləri arasında "Milli-mənəvi dəyərlərimi nə qədər tanıyıram" mövzusunda sorğu keçirilmişdir. Sorğunu tarix müəllimi Zülfüqarova Kimyaxanım apardı. Sorğunun keçirilməsinin məqsədi şagirdlər arasında milli-mənəvi dəyərlərimizi təbliğ etmək, onlara mənəvi dəyərlərin qorunub, gələcək nəsillərə ötürülməsini təbliğ etməkdir. Sorğu test əsasında həyata keçirildi. Sorğuda şagirdlərə Azərbaycanın tarixindən, mədəniyyətindən, ədəbiyyatından bəhs edən suallar təqdim olundu. Sorğuya nəzarət edənlər uşaq birliyi rəhbəri Vüsalə Məmmədova və Zülfüqarova Kimyaxanım idi. Test üsulu ilə keçirilən sorğunun nəticəsinə əsasən müəyyən olundu ki, şagirdlər milli- mənəvi dəyərlərimizə böyük önəm verirlər. Şagirdlərə həmçinin aydın oldu ki, bu dəyərlərin gələcək nəsillərə ötürülməsində onların rolu böyükdür.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi