Azərbaycan dili,ədəbiyyatı,mədəniyyəti və incəsətinə həsr olunmuş dəyirmi masa

      Məktəbdə 22.01.2020 tarixində Bakı Şəhər üzrə Təhsil İdarəsinin 30 dekabr 2019-cu il tarixli F-530 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdəki nitqindən irəli gələn Tədbirlər planının 1.3-cü bəndinə əsasən Azərbaycan dili,ədəbiyyatı,tarixi,mədəniyyəti və incəsənətinə məhəbbət hissinin aşılanması məqsədilə Azərbaycan dili,ədəbiyyat müəllimi Yeganə Alcanovanın rəhbərliyi altında “Dəyirmi masa” təşkil edildi. Tədbirdə şagirdlərə Azərbaycanın qədim milli-mənəvi dəyərlərindən,ənənələrindən,musiqisindən,teatr sənətindən,zəngin ədəbiyyatından söhbət açılıb. Azərbaycan xalqının zəngin yaradıcılıq çeşməsində ən mühüm yerlərdən birini onun həyat və məişəti,gündəlik güzaranı ilə bağlı olan xalq sənəti tutur. Məhz bu səbəbdən tədbirdə şagirdlərin ifasında xalq çalğı alətləri və qədim musiqimiz olan “Sarı gəlin” musiqisi səsləndirildi.Tədbir şagird və müəllim kollektivinin böyük marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi