"BİLİK GÜNÜ"

Sentyabrın 15-də Azərbaycanın çoxmilyonlu təhsil ictimaiyyətinin bayramı, Bilik günüdür. Ölkəmizdə yeni dərs ili başlayır.Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Bir faktı xatırlatmaq kifayətdir: ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə Dövlət proqramları uğurla həyata keçirilir. Bu, bir həqiqətə - Prezident İlham Əliyevin təhsili dövlət siyasətinin prioritetlərindən biri kimi diqqətdə saxlaması həqiqətinə söykənir. Azərbaycan təhsilində ən uğurlu nəticələrdən biri məktəb tikintisinin geniş vüsət almasıdır. 2003-cü ildən indiyədək ölkəmizdə iki mindən çox yeni məktəb binası tikilib. O cümlədən, bir sıra məktəblər üçün əlavə korpuslar tikilib, əsaslı təmir olunub. Yeni məktəblərinin tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, infrastrukturunun yeniləşdirilməsi nəticəsində, ümumilikdə ölkə üzrə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Son illərdə məktəb tikintisi sahəsində həyata keçirilən proqramlar sayəsində ikinövbəli məktəblərin, eyni zamanda ikinci növbədə təhsil alan şagirdlərin faizi aşağı düşüb. Bu il "Bilik günü" məktəbimizdə hər il olduğu kimi yüksək səviyyədə keçirilmişdir. Tədbirdə məktəbin direktoru Əliyeva Rəhimə İsmayıl qızı öz çıxışı ilə tədbiri açıq elan etdi. Məktəbin 600-dən yüksək bal toplayan şagirdləri öz çıxışlarında məktəbin müəllim heyətinə qazandıqları yüksək nəticələrə görə öz minnətdarlıqlarını bildiriblər. Tədbirdə pedaqoji heyət, şagirdlər, valideynlər, İcra Hakimiyyətinin nümayəndəsi də iştirak etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi