Məktəbdə Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbir keçirildi

   21 fevral 2019-cu il tarixdə məktəbdə “21 fevral-Beynəlxalq Ana Dili Günü” münasibətilə tədbir keçirildi.

   Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Sabunçu Rayon Gənclər və idman idarəsinin rəisi Rakif Əliyev, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları,  Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi və məktəbin müəllim və şagird kollektivi iştirak edirdilər.
   Tədbir məktəbin şagirdləri tərəfindən hazırlanan sərgiyə baxışla başlanıldı.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir şagirdlər tərəfinən hazırlanmış bədii hissə ilə davam etdirildi. Tədbirdə məktəblilərin ifasında ana dilimizin gözəlliyini tərənnüm edən şeirlər səsləndi, mahnılar oxundu, ədəbi-bədii kompozisiya təqdim edildi.
   Daha sonra çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova bildirdi ki, ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır. Qeyd olundu ki, millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Sonda çıxış edən Sabunçu Rayon  Gənclər və İdman idarəsinin rəisi Rakif Əliyev və məktəbin direktoru Nailə Məmmədova bildirdilər ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
   Tədbirin sonunda qonaqlar məktəblilər ilə birlikdə xatirə şəkli çəkdirdilər.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi