Sən elə bir zirvəsən

08 may 2025-ci il tarixdə məktəbdə müasir Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Sən elə bir zirvəsən" tədbiri təşkil olunub. Tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Məktəbin xor kollektivinin ifası və rəqs qrupunun çıxışı ilə şagirdlər bu günü qeyd etdilər.

Tədbirdə vurğulanıb ki, xalqımızı ağır sınaqlardan, ölkəmizi dərin böhrandan xilas edən Ulu Öndər Heydər Əliyev Azərbaycanın tərəqqi və inkişaf yolunun əsasını qoyub. Ümummilli Liderimiz hər zaman milli maraqları hər şeydən üstün tutan, demokratik prinsiplərə, vətəndaş cəmiyyətinin inkişafına böyük önəm verən şəxs olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi