"Erkən evlilik və qohumlar arasında evliliyin mənfi nəticələri" mövzusunda maarifləndirmə görüşü keçirildi

01 may 2025-ci il tarixində məktəbdə 8-ci sinif şagirdləri ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə "Erkən evlilik və qohumlar arasında evliliyin mənfi nəticələri" mövzusunda maarifləndirmə görüşü keçirildi.

Tədbirin açılışını məktəbin direktor müavini Elnarə Həsənova, AQUPDK -nın Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Nailə İbrahimova etdilər. Mövzu ilə bağlı şagirdləri "Ailəm könüllüləri" proqramının iştirakçıları Suranə Cabbarova və Aydan Məmmədzadə məlumatlandırdılar. Tədbirin mövzusuna uyğun olaraq video çarxlar nümayiş olundu, şagirdlərlə interaktiv sorğu keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi