"Mənim gələcək peşəm"

17 aprel 2025-ci il tarixdə məktəbin 9, 10, 11-ci sinif şagirdləri ilə peşə seçimi və ixtisaslar haqqında görüş keçirildi. Mənim gələcək peşəm mövzusunda keçirilən tədbiri giriş sözü ilə açan məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elnarə Həsənova şagirdlərin meyl və maraqlarını nəzərə alaraq müxtəlif ixtisaslar barədə məlumat verdi. Tədbirdə “Mədəniyyət və Sənətkarlıq” üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin mütəxəssisi Alimə Qədimova çıxış zamanı şagirdlərə düzgün ixtisas seçimi, peşəkar karyera planlamasının əhəmiyyəti, ixtisas seçimində diqqət yetirməli olan məqamları, qəbul qaydaları və digər məsələlər haqqında məlumat verdi. Şagirdlərimizə peşə seçimində uğurlar arzulayırıq.