23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1995-ci ildə UNESCO tərəfindən təsdiq edilmişdir. Həmin gün dünya ədəbiyyatında simvolik tarixdir.
UNESCO kitabları və müəlliflik hüququnu təbliğ etməklə yaradıcılığın, mədəni müxtəlifliyin və bütün fəaliyyət sahələrində biliklərə bərabərhüquqlu əlçatımlığın tərəfdarı kimi çıxış edir, kitab işinin və qiraətin təşviqinə kömək edir.
Azərbaycanda isə bu əlamətdar tarix 1997-ci ildən başlayaraq hər il qeyd edilir.
Oxuyun... Özünüzü heç vaxt tənha hiss etməyəcəksiniz