Zəfərdən Böyük Qayıdışa

 

    Oktaybrın 14-də C.Cabbarlı adına 187 nömrəli tam orta məktəbin və “Tariximizə Sahib Çıxaq” tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə “ Zəfərdən Böyük Qayıdışa” adlı tədbir baş tutmuşdur. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitunun əməkdaşı Vəfa Saleh, “Tariximizə Sahib Çıxaq” tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyinin rəhbəri Araz Şamilov, məktəbin direktoru vəzifəsini icra edən Gülnarə Məmmədova, uşaq birliyi təşkilatı rəhbəri Xəyalə Məhərrəmova və məktəbin tarix müəllimi siyasi elmlər üzrə fəlsəfə doktoru Ruhəngiz Hacıyeva  iştirak etmişdir.

    Tədbirdə şagirdlər Zəfər Gününə həsr olunmuş kompozisiya ilə çıxış etmiş. Şəhidlərə həsr olunmuş şeirlər təqdim etmişdirlər. Tədbirdə şagirdlərlə birlikdə  Ruhəngiz Hacıyevanın iştirakı ilə ərsəyə gəlmiş “44 Gün və əbədiyyət” adlı kitabdan söz açılmışdır. Qonaqlara bildirilmişdir ki, həmin kitab şagirdlərin Maştağa şəhidlərinin evində şəhid yaxınlarından toplanmış məlumatlar əsasında yazılmışdır.

    Sonda tədbir iştirakçılarına qonaqlar tərəfindən diplom və hədiyyələr təqdim olunmuşdur.

 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi