Nailiyyətlərimiz

Şagirdlərimiz "Narkomaniyaya yox deyək!" adlı rəsm müsabiqəsinin qalibi olublar24 dekabr 2015-ci il tarixində Pirallahı RİH-nin təşkilatçılığı ilə "Narkomaniyaya yox deyək!" mövzusunda keçirilən rəsm müsabiqəsində məktəbin komandası I YER qazanıb.Komandanın üzvləri-X sinif şagirdi Əkbər Zülfüqarzadə, IX sinif şagirdi Səidə İsayeva, VI sinif şagirdi Muraz Əliyev Pirallahı RİH tərəfindən mükafatlandırılıb.

Məktəbimiz "Ekoerudit" məktəblərin ekoloji breyn-rinq bilik yarışının Respublika final turunda II YER qazanıb.10 dekabr 2015-ci il tarixdə SOKAR- Ekoloji Mərkəzdə "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin yerinə yertirilməsi və məktəblilərin ekoloji maarifləndirilməsinin genişləndirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə əməkdaşlığı ilə 2015-ci ildə " Ekoerudit" məktəblərin ekoloji breyn-rinq bilik yarışının Respublika final turu keçirildi. Azərbaycan Respublikası ümumtəhsil məktəbləri arasında keçirilən “Bilik yarışı”nın yekun nəticəsinə görə Pirallahı rayonunu təmsil edən məktəbin “Zəfər" komandası II YER qazandı.

Komandamız "Ekoerudit" məktəblilərin ekoloji breyn-rinq bilik yarışının Bakı zona turunda uğur qazanaraq Respublika turunda iştirak etmək hüququ qazanıb.08 dekabr 2015-ci il tarixdə Bakı şəhəri, 164 №-li tam orta məktəbin Akt zalında "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin yerinə yertirilməsi və məktəblilərin ekoloji maarifləndirilməsinin genişləndirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə əməkdaşlığı ilə 2015-ci ildə " Ekoerudit" məktəblilərin ekoloji breyn-rinq bilik yarışının Bakı zona turu keçirildi. Bakı şəhər ümumtəhsil məktəbləri arasında keçirilən “Bilik yarışı”nın ümumi nəticəsinə görə Pirallahı rayonunu təmsil edən 186 №-li tam orta məktəbin “Zəfər" komandası uğur qazanaraq 10 dekabr 2015-ci il tarixdə keçiriləcək “Ekoerudit" məktəblilərin ekoloji breyn-rinq bilik yarışının Respublika turunda iştirak etmək hüququ qazandı.

HAQQIMIZDA

     Bakı şəhəri, 186 nömrəli tam orta məktəb 1936-cı ildən fəaliyyət göstərir.2011-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən əsaslı tə...

BİZİM FƏXRLƏRİMİZ

Səmayə Biləndərli Əliməmməd

Şahin Əsgərov İlham

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi