Nailiyyətlərimiz

"Milli - Mənəvi İrsimiz- Bizim Tariximizdir!" olimpiadasının qalibi olduq!Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin IX – XI şagirdlərindən ibarət komandalar arasında “Milli-Mənəvi İrsimiz – Bizim tariximizdir!” mövzusunda diyarşünaslıq olimpiadası keçirilmişdir. Diyarşünaslıq olimpiadasına aprel ayının birinci ongünlüyündə start verilmişdir. Təhsil müəssisələrində qalib gəlmiş komandalar Bakı şəhərinin ayrı- ayrı rayonlarında 15-30 aprel 2015- ci il tarixlərində ikinci mərhələdə rayon birinciliyi uğrunda yarışmışlar. Rayon biriciliyinin qalibləri olan 12 komanda arasında diyarşünaslıq olimpiadasının şəhər - yekun mərhələsi 18 may 2015-ci il tarixində Bakı şəhəri , 42 nömrəli tam orta məktəbdə keçirilmişdir. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Afiq Əzizov iştirak etmişdir. Sektorun aparıcı məsləhətçisi Rövşən Əliyev Diyarşünaslıq olimpiadasının keçirilməsinin əhəmiyyətindən danışmış, I və II mərhələnin yekunları barədə məlumat vermişdir. Diyarşünaslıq olimpiadasının şəhər - yekun mərhələsində yarışmada iştirak edən 12 komandanın üzvləri Azərbaycanın tarixi, mədəniyyət və incəsənəti, təbiəti, müstəqil respublikamız dünya meridianlarında mövzularını əhatə edən 40 test sualını 1 saat ərzində cavablandırmışlar. Olimpiadanın şəhər - yekun mərhələsinin qalibi 186 №-li tam orta məktəbin komandası olmuşdur.27 may 2015-ci il tarixində Bakı şəhəri , 32 nömrəli tam orta məktəbdə mükafatlandırma mərasimi keçirilmişdir.Qalib komandanın üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən fəxri fərmanla və hədiyyə ilə mükafatlandırılıb.

“Milli-Mənəvi İrsimiz-Bizim Tariximizdir!” olimpiadasının rayon turunun qalibi olduq“Milli-Mənəvi İrsimiz-Bizim Tariximizdir!” diyarşünaslıq olimpiadasının rayon mərhələsində yer tutduğuna görə məktəbimizin komandasının üzvləri - XI sinif şagirdi Əsgərov Şahin İlham oğlu , X sinif şagirdi Fərruxova Nazxanım Rövşən qızı , IX sinif şagirdi Baxşəliyeva Nigar 29 saylı Uşaq Yaradıcılıq Mərkəzinin direktor əvəzi Sevda xanım Bəşirova tərəfindən fəxri fərmanla təltif edilmişlər.

"Kamil bir palançı olsa da, insan ,yaxşıdır yarımçıq papaqçılıqdan!""Kamil bir palançı olsa da, insan.Yaxşıdır yarımçıq papaqçılıqdan!" Bəli, hansı peşəni seçirsənsə , seç , o peşənin peşəkarı olmalısan , o peşəni sevməlisən , sevdirməlisən.Məktəbimizin 1969- cu il məzunu , hal-hazırda riyaziyyat müəllimi , ilk fəaliyyətinə 186 №- li tam orta məktəbdə başlayan və bu günə qədər də davam etdirən Quliyeva Soniya İsmayıl qızı öz peşəsinin peşəkarı , öz peşəsini sevən və sevdirən müəllimlərdən biridir. Soniya müəllimə uzun illər məktəbimizdə dərs hissə müdiri vəzifəsində çalışıb , istər həmin vaxtlar da , istərsə də ondan sonra Soniya məllimənin dərs dediyi şagirdlərin çox hissəsi yüksək ballarla Azərbaycan Respublikasının Ali məktəblərinə qəbul olmuş , bu gün də müxtəlif yerlərdə , müxtəlif vəzifələrdə çalışırlar.Soniya müəllimə öz pedaqoji fəaliyyəti ilə həmişə gənc nəslə nümunə olmuş , pedaqoji fəaliyyətə yeni başlayan kadrlar onun təcrübəsindən yararlanmışlar.Müəllimlik müqəddəs bir peşədir və həmişə də özünə hörmət qazandırmağı bacaran müəllimlər öz əməklərinə görə fəxri adlarla və fəxri fərmanlarla təltif edilirlər.Belə ki , Soniya müəllimə də fərqli vaxtlarda , pedaqoji sahədə səmərəli fəaliyyətinə , gənc nəslin təlim - tərbiyəsində qazandığı uğurlara görə fəxri fərmanlarla təltif olunmuş , 1988 - ci ildə "Baş müəllim " adına layiq görülmüşdür. Biz də məktəb kollektivi olaraq Soniya müəlliməyə uğurlarının davamını , can sağlığı arzulayırıq.

HAQQIMIZDA

     Bakı şəhəri, 186 nömrəli tam orta məktəb 1936-cı ildən fəaliyyət göstərir.2011-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən əsaslı tə...

BİZİM FƏXRLƏRİMİZ

Ayşən Mustafazadə Elşən

Ayxan Əsgərzadə Niyaz

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi