Nailiyyətlərimiz

Qəhrəmanlar ölmürlər!Ulu öndər H.Ə.Əliyev öz nitqlərində və çıxışlarında təhsil işçilərinin qarşısında mühüm və təxirəsalınmaz vəzifələr qoymuş ,onlardan tələb etmişdir ki ,bütün qüvvə ,bacarıqlarını doğma vətənə sədaqətli ,vətənpərvər ,hərtərəfli inkişaf etmiş, müstəqilliyimizi ,dövlətçiliyimizi göz bəbəyi kimi qorumağa hazır olan nəsil kimi yetişdirilməsinə sərf etsinlər. Öz şagirdlərimizi vətənpərvərlik ruhunda tərbiyələndirmək biz təhsil işçilərinin ilk öncə vətəndaşlıq ,sonra vəzifə borcudur.Biz hər birimiz çalışmalıyıq ki ,tədris etdiyimiz fəndən asılı olmayaraq vətənə məhəbbət hissi aşılayaq. Bu gün ana vətənimizin bir hissəsi erməni faşistlərinin işğalına məruz qalmışdır.Nankor qonşularımız Dağlıq Qarabağ torpaqlarını və digər rayonlarımızı (Xocalı 26.02.1992, Şuşa 08.05.1992, Laçın 17.05.1992, Xocavənd 02.10.1992, Kəlbəcər 02.04.1993, Ağdərə 17.06.1993, Ağdam 23.07.1993, Füzuli .08.1993, Cəbrayıl 23.08.1993, Qubadlı 30.09.1993, Zəngilan 29.10.1993 ) işğal etmiş, bir milyondan çox azərbaycanlını doğma yurd – yuvalarından didərgin salmışlar.Belə bir məqamda gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, torpaqlarını yadelli işğalçılardan azad etməyə qadir olan vətəndaşlar kimi yetişdirmək hər şeydən vacibdir.Bu da biz müəllimlərin öhdəsinə düşür.Biz də çalışmalıyıq ki, bu öhdəliyi layiqincə yerinə yetirək, gələcək Azərbaycana vətənpərvər övladlar yetişdirək. Məktəbimizin məzunları da Qarabağ döyüşlərində iştirak etmiş, qəhrəmanlıq göstərmişlər. Belə ki, məkəbimizin məzunları- Əliyev Mikayıl Atababa oğlu, Yusifov İlqar Ümidvar oğlu ,Mirzəyev Asif Rafail oğlu, 2016-cı ilin Aprel döyüşlərində Mehralıyev Sarvan Natiq oğlu ən uca zivəyə-şəhidlik zirvəsinə ucalmışlar.Onların hər birinin vətənpərvərlik hissi bugünkü məktəblilər üçün bir nümunədir.

500-dən yuxarı bal toplayan məzunlarımızın siyahısıQuliyev Araz Nürəddin 2000,502 bal,Serova Esmira Aleksandr 2000,599 bal Nəcəfova Nərgiz Azad, Quliyev Hikmət Nürəddin 2003 ,549 bal ,Əliyeva Günay Qəzənfər 2003, 530 bal ,Məmmədova Aygün Lətif 2001, 539 balBəbirov Süleyman Ali - 2005 , 631 bal,Əliyeva Aynur Fəxrəddin 2004 -519 bal,İsmayılova İnarə Elyar 2005-544 bal ,2007-ci il Axundlı Aynur Ramiz -539 bal,Əkərov Orxan Rasim - 559 bal,Əkərov Sərrxan Rasim - 620 bal, Bəkirova Aynur Nizami 531 bal, 2009 -cu il Yadigarov Teymur İlqar 550 bal, Məmmədova Şövkət Tofiq 608 bal,2010-cu il Balakişiyev Toğrul Şəmməd 572 bal ,Qaraçobanova Aygün Tahir 560 bal ,Ağayev Şəhriyar İdris 532 bal, Məmmədova İlahə Tofiq 560 bal ,Mustafayev Qədim Emil 570 bal Fərruxova Leyla İlqar 508 bal ,Yusifli Fəriqə Mehman 500 bal 2011-cil Axundlı Aytən Ramiz 521 bal, Qaragözlü İlahə Xanlar 568 bal , Şəbiyeva Züleyxa İslam 580 bal ,2012-ci il Məmmədova Bahar Ramazan 590 bal, Fərruxova Aytən Rövşən 550 bal, Nurulu Şəbnəm Elşad 580 bal , Cəfərova Günay Elşad 587 bal, 2014-cü il Süleymanova Səbinə Elçin- 578 bal,Əsgərov Şahin İlham- 568 bal,Mustafazadə Ayşən Elşən- 529 bal, Ağaquliyeva Leyla Şahin -518 bal.

Sənəm Çingiz qızı rayon tədbirlərində uğurlu çıxışlarına görə mükafatlandırılıbMəktəbin V sinif şagirdi Sənəm Çingiz qızı rayon tədbirlərində uğurlu çıxışlarına görə 28 fevral 2015-ci tarixdə Pirallahı rayon YAP təşkilatının sədri Manaf Manafov tərəfindən Fəxri fərmanla təltif edilmişdir.Fəxri fərmanı Pirallahı rayon İcra Hakimiyyəti Başçısının müavini Vəzir Səfixanov təqdim etmişdir.

HAQQIMIZDA

     Bakı şəhəri, 186 nömrəli tam orta məktəb 1936-cı ildən fəaliyyət göstərir.2011-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən əsaslı tə...

BİZİM FƏXRLƏRİMİZ

Atlaz Həsənova Aqil

Rəna Kərimova Yusub

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi