Nailiyyətlərimiz

"Biz Heydər Əliyev irsini öyrənirik!"Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməmişdir. Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.186 №-li tam orta məktəbdə də Ulu öndərin xatirəsi həmişə böyük hörmətlə yad edilir , Ulu öndərin həyat və yaradıcılığına həsr edilmiş inşa yazı müsabiqəlrəndə məktəbimizin şagirdləri fəal iştirak edir , fəxri fərmanlarla təltif edilirlər . Onlardan biri də Cavanşirli Xəyalə Vaqif qızıdır. O, Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci idönümünə həsr edilmiş inşa yazı müsabiqəsinin Respublika turunda iştirak etmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılmışdır.

Gənc alimMəktəbin 2000-ci il məzunu Gülnarə Şəmməd qızı Balakişiyeva 2013-cü ildə müdafiə etmiş,biologiya üzrə fəlsəfə doktoru(molekulyar biologiya ixtisası),alimlik dərəcəsi almışdır.Hal-hazırda AMEA Botanika İnstitutunda elmi işçi işləyir.

Məzunlarımızın futbola marağıMəktəbimizin 2010-cu il məzunu Bəhrəm Bəhrəmzadə məktəbin mini futbol komandasının dəfələrlə uğurlar qazanmasında böyük rol oynamışdır.Bəhrəm Bəhrəmzadə hal-hazırda Zirə İdman klubunda çıxış edir. Uğurlarının davamını arzulayırıq!

HAQQIMIZDA

     Bakı şəhəri, 186 nömrəli tam orta məktəb 1936-cı ildən fəaliyyət göstərir.2011-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən əsaslı tə...

BİZİM FƏXRLƏRİMİZ

Rəna Kərimova Yusub

Səmayə Biləndərli Əliməmməd

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi