RƏQƏMSALLAŞMA VƏ SÜNİ İNTELLEKTİN İŞ YERLƏRİNƏ TƏSİRİ

Hər il aprelin 28-də Beynəlxalq Əmək Təşkilatı tərəfindən əməyin mühafizəsi və sağlamlığı ilə bağlı müxtəlif mövzulara diqqət yetirilərək Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd edilir.
Beynəlxalq Əmək Təşkilatı 2025-ci ilin məhz "Rəqəmsallaşma və Süni intellektin iş həyatına təsiri"devizi altında qeyd edilməsini tövsiyə etmişdir.
Adı çəkilən layihəyə bir sıra paytaxt məktəbləri ilə yanaşı 181 nömrəli tam orta məktəb də qoşulub.
28.04.2025 -ci il tarixində məktəbimizdə təşkil olunmuş görüşdə başda direktor Təhmasib Məmiyev olmaqla Xəzər Rayon Həmkarlar İttifaqının üzvləri,məktəbimizdə fəaliyyət göstərən layihə rəhbəri və iştirakçıları olan fənn müəllimləri,Həmkarlar ittifaqının məktəb üzrə sədri Fatma Zeynalova və layihənin ən kiçik iştirakçıları-5-ci sinif şagirdləri iştirak ediblər.
Layihənin təqdimatı zamanı layihə rəhbərləri süni intellektin insanların gündəlik və iş hayatına birbaşa mənfi və müsbət təsirlərindən danışıblar.Təhsil həyatımıza inteqrasiyası ilə bağlı müxtəlif nümunələr gətirərək fəaliyyətin səmərəliləşməsi uğrunda rolundan bəhs ediblər .Şagirdlər süni intellekt məhsulu olan robotla insan arasındakı dostluq münasibətinə həsr olunmuş hekayələrini "Dostluq Portalı" adlı kitab şəklində nəşr etdirib təqdim ediblər.
Biz də öz növbəmizdə müəllimlərimizə və şagirdlərimizə layihə işində uğurlar arzulayır,uğurlu fəaliyyətin davamlı olmasını diləyirik!