APREL DÖYÜŞLƏRİNƏ HƏSR OLUNMUŞ AÇIQ DƏRS

Tədbirlər planına uyğun olaraq açıq dərs keçirilib.Azərbaycan dili müəllimi Sevda Abdullayevanın təşkilatçılığı və 5b sinif şagirdlərinin iştirakı ilə Aprel döyüşlərinə həsr olunmuş açıq dərs verilib.Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunduqdan sonra fənn müəllimi Qarabağın azad olunmasının təməli olan aprel döyüşləri haqqında danışaraq ətraflı məlumat verib.Şagirdlər qruplar şəklində müxtəlif təqdimatlar hazırlayaraq nümayiş ediblər.Şəhidlərin əziz xatirəsinə həsr olunmuş qəhrəmanlıq mövzusunda şeirlər və xatirələr dərsin əsas süjet xəttini təşkil edib.Sonda ən yaxşı təqdimat və ən yaxşı rəsm nümunəsi seçilərək qiymətləndirilib.