İMTAHANÖNCƏSİ PSİXOLOJİ SÖHBƏT

22.04.2025-ci il tarixində 181 nömrəli tam orta məktəbdə 9-cu sinif şagirdləri ilə imtahanöncəsi psixoloji görüş təşkil edilib.Direktor Təhmasib Məmiyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Venera Əfəndiyevanın iştirakı və psixoloq Məryəm Məmmədovanın təşkilatçılığı ilə keçirilən görüşdə şagirdlərə imtahanla bağlı tövsiyələr verilib,onları düşündürən suallar cavablandırılıb.
Psixoloq Məryəm Məmmədova şagirdlərlə həyəcan və stress kimi neqativ hisslərlə mübarizə mövzusunda diskussiya təşkil edib.Görüşün sonunda imtahan iştirakçılarına uğurlar arzulanaraq nəticələrin necə olmasından asılı olmayaraq onların sağlığının hər şeydən daha vacib olduğu bir daha vurğulanıb.
Biz də öz növbəmizdə imtahan verəcək bütün şagirdlərimizə uğurlar arzulayırıq!
Yüksək nəticələri paylaşmaq ümidilə...