"SƏRHƏD"HƏRBİ-İDMAN YARIŞLARI

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi hərbi hissəsində "Sərhəd"hərbi-idman yarışlarının zona birinciliyi keçirilib.Əsas məqsəd gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması,vətənə və xalqa sədaqətli,sağlam düşüncəli gənclərimizin yetişdirilməsi,onların Silahlı Qüvvələrdə hərbi xidmətə hazırlanması ,sərhədçi peşəsinə marağın artırılmasıdır.
Məktəbimizim komandası orada Xəzər rayonunun qalibi kimi çıxış edərək rayonu təmsil edib.Bu mərhələdə sıra hazırlığı,sərhəd naryadı tərəfindən nəqliyyat vasitəsinə baxış keçirilməsi,avtomatın sökülüb-yığılması,maskalanma,sərhəd naryadına ilk tibbi yardım göstərilməsi, hərbiləşdirilmiş estafet yarışı üzrə rayonları təmsil edən komandalar öz qüvvələrini sınayıblar.Yarışın nəticələrinə görə komandamızın fəaliyyəti respublikamızın şərq bölgələrinə aid zonada 5-ci yerə layiq görülüb.Komandamız tibbi hazırlıq mərhələsində fəal iştirak etdiyinə görə DSX Sahil Mühafizəsi rəisinin imzaladığı fəxri fərmanla təltif olunub.Eləcə də yarışda fəal iştirakına görə komandamızın kapitanı Yaqubov Elcan da eyni fəxri fərmanla təltif olunub.
Şagirdlərimizi təbrik edir,uğurlarının davamlı olmasını arzulayırıq!