Breyn-rinq

11.10.2024-cü il tarixində 181 nömrəli məktəbin Azərbaycan bölməsi üzrə təhsil alan şagirdləri arasında beyin yarışı keçirilib. Xatirə Abdullayevanın təşkilatçılığı ilə keçirilmiş yarışma 5a,5b,5c və 5ç sinifləri arasında reallaşıb.Komandalar "Xarıbülbül, Beta, Qələbə, Zirvə" adı altında yarışıblar. 2 mərhələdən və 4 komandadan ibarət olan yarışmada səsləndirilən suallar bütün fənləri və dünyagörüşünü əhatə edib. Münsiflərin qiymətləndirməsi və ədalətli qərarı ilə "Qələbə" adı altında yarışan 5 c sinfi yarışın qalibi elan olunub. Sonda hər bir iştirakçı hədiyyələrlə mükafatlandırılıb.