"Hər şey övladım üçün" kitabxanada

    "Hər şey övladım üçün" şüarını əsas tutaraq bu dəfə yolumuzu Mərdəkan kitabxanasından saldıq. İbtidai sinif müəllimi Hicranə Fərzəliyeva və 2ç sinif şagirdləri mərkəzi kitabxanadan maraqlı kitablar seçiblər. Hicranə müəllim şagirdlərinə mütaliyənin faydalarından bəhs edib. Gənc, sağlam və yaradıcı zehinə malik olmaq üçün mütaliyənin mütləqliyini vurğulayan müəllim hər bir şagirdi üçün onların yaş dövrünə və maraq dairəsinə uyğun kitablar seçib.

Biz də öz növbəmizdə şagirdlərin kitaba olan sevgisini və kiçik yaşlarından mütaliyə həvəsini alqışlayırıq! Çünki təxəyyülü genişləndirmək, yaradıcılığı inkişaf etdirmək üçün oxu ən səmərəli vasitələrdəndir!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi