"COP 29"

    29.05.2024 tarixində "COP 29"çərçivəsində 181 nömrəli məktəbin tarix müəllimlərinin təşkilatçılığı və şagirdlərin iştirakı ilə dəyirmi masa təşkil olunub.

    Rus bölməsi üzrə tarix fənn müəllimi Səadət Süleymanova "Şimal və Cənub arasında körpü"

mövzusunda təşkil etdiyi görüşdə Azərbaycanın regionun həm iqtisadi, həm də siyasi sferasında önəmli rolundan, neft ölkəsi olaraq qeyri-neft sektorunun da inkişaf etdirilməsindən və iqtisadiyyatın sırf neftdən asılılığının qarşısının alınmasından danışıb.

    Təlim-tərbiyə üzrə direktor müavini, tarixçi Mətanət Mahmudova "İqlim dəyişikliyi və COP 29 ilə bağlı maarifləndirici dəyirmi masa mövzusunda diskussiya təşkil edib. Mübarizə məqsədilə görülən beynəlxalq tədbirlər, Azərbaycanda iqlim dəyişikliyini yaradan təbii və antropogen mənbələr, iqlim dəyişikliyinin müxtəlif sahələrə təsiri haqqında məlumatlar görüşün əsas müzakirə mövzusu olub.

    Tarixçi, Türkoloq Arzu Yaqubova Azərbaycan bölməsi üzrə təhsil alan şagirdlərlə birgə "İşğaldan azad olunmuş torpaqlarda ermənilərin ekoloji terroru" mövzusunda təqdimatlar hazırlayıb. Təqdimatlarda ekoloji terror olaraq meşələrin yandırılması, su anbarlarının və çay sularının çirkablar axıdılaraq çirkləndirilməsi öz əksini tapıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi