"Hər şey övladımız üçün"

    1 iyun tarixində 181 nömrəli məktəbdə "Yaşıl Dünya Naminə Həmrəylik İli" çərçivəsində "Hər şey övladımız üçün" başlığı altında dərnək təşkil olunub. İllik dərnək hesabatı fonunda dərnək rəhbəri Salayeva Zülfiyyə xanımın və 7b sinif şagirdlərinin hazırladığı"Bacarıqlı əllər" adlı əl işlərindən ibarət sərgidə 2ç sinif rəhbəri Hicranə Fərzəliyeva və şagirdləri də iştirak ediblər. Əl işlərinin hazırlanmasında və sərgilənməsində valideynlər də böyük həvəslə iştirak ediblər. Balaca fidanlarımız müxtəlif rəqs nömrələri və səhnəciklərlə diqqət mərkəzində olublar. Sonda bu gözəl anları əbədiləşdirmək məqsədilə xatirə şəkilləri çəkilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi