Yüksək gözləntilər uğurun açarıdır!

    Hədəfləri və əqidəsi yüksək olanın nəticəsi kiçik ola bilməz. Təbii ki, əzmkarlığı və çalışqanlığı da unutmuruq - eynən bizim şagirdlərimiz kimi.

    Bu gün 181 nömrəli məktəbin rəhbər heyəti 9-cu sinif buraxılış imtahanında yüksək nəticə göstərmiş şagirdlərlə görüş keçirib. Görüş əsnasında Məmmədova Pərvanə xanım şagirdlərlə sevinc dolu təəssüratlarını paylaşıb. Onların hədəfə yüksəlmək yolunda əzmkarlığını alqışlayıb, təqdirəlayiq qiymətləndirib və gələcək təhsil həyatında uğurlar arzulayıb.

    Biz də öz növbəmizdə şagirdlərimizi bir daha təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!

    İşıqlı gələcək yüksək təhsillə gələcək!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi