"Qəlb şairi Füzuli"

    530 il bundan qabaq Azərbaycan poeziyası göylərində bir günəş doğdu. 530 ildir ki, bu günəş yanır, sönmək bilmir,ürəkləri şüurları işıqlandırır.

    Bu günəş Füzulidir. Qəlb şairi Füzuli. Məcnun kimi dərdli, Leyli kimi həsrətli Füzuli. "Nəzmi-nazik" ustadı Füzuli.

    Bu gözəl fikirlər dahi şairimiz M. Füzulinin 530 illiyinə həsr olunmuş tədbirdə səslənib. Məktəbimizin Azərbaycan bölməsi üzrə təhsil alan 6b sinif şagirdləri fənn müəllimi Sevda Abdullayevanın təşkilatçılığı ilə ölməz sənətkarın xatirəsini yad edib, şairin ədəbi irsindən qəzəllər, poemalar səsləndiriblər. Şairin Azərbaycan ədəbiyyatına verdiyi əvəzsiz töhvələrdən geniş şəkildə bəhs ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi