"Yaşıl Dünya Naminə Həmrəylik İli"

    Təhsil ocağımızda "Yaşıl Dünya Naminə Həmrəylik İli" şüarı altında daha bir tədbir gerçəkləşib. Məktəbimizin müəllimi Fatma Zeynalovanın təşkilatçılığı ilə keçirilən tədbirdə 5,6,7, 8, 9,10,11-ci siniflərdən xüsusi qabiliyyəti olan şagirdlər iştirak ediblər. Rəsm sahəsində qabiliyyəti olan uşaqlar müxtəlif, təbiət təsvirli rəsm əsərləri çəkiblər. Milli musiqi alətlərində ifa edən şagirdlər peşəkar ifaları ilə diqqət mərkəzində olublar.2-ci sinif şagirdləri özünəməxsus tərzdə rəqsləri ilə tədbirə rəngarənglik qatıblar. Rəhbərliyin də iştirak etdiyi müsabiqə xarakterli tədbirin sonunda qaliblər və bütün iştirakçılar diplom və sertifikatlarla təltif olunublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi