"Yaxşı kitab çox qiymətli xəzinədir"

    Təhsil ocağımızda yaradılmış"Kitab klubu" nun fəaliyyəti yüksələn xətlə inkişaf edir. Klubun yaradılmasında əsas məqsəd Azərbaycan ədəbiyyatı inciləri hesab olunan şair, yazıçı-publisistləri şagirdlərə daha yaxından tanıtmaq, əsərlərini sevdirmək, şagirdlərdə mütaliyə, təhlil qabiliyyətini və tənqidi təfəkkürü inkişaf etdirməkdir.

    Belə görüşlərdən biri də məhz bu günə təsadüf edib. Rus bölməsində təhsil alan şagirdlərin iştirakı və Azərbaycan dili müəllimi Samirə Haqverdiyevanın təşkilatçılığı ilə Ənvər Məmmədxanlının "Buz heykəl" əsəri təhlil olunub.Onu da qeyd edək ki, bundan öncəki görüşdə ədibin "Qızıl qönçələr" əsəri müzakirə olunmuşdur. İlkin mərhələdə Samirə müəllim məktəb nəzdində yerləşən kitabxanadan kitabları seçərək şagirdlərə paylayıb. Verilmiş 1 həftə vaxt ərzində şagirdlər əsərlə tanış olublar. İkinci mərhələdə isə əsərin ideya və məzmunu müəyyənləşdirilib, təhlil olunub. Şagirdlər böyük maraqla diskussiyalarda iştirak ediblər. Əsərin onlarda yaratdığı təəssüratları həvəslə bölüşüblər. Xüsusilə rus bölməsində təhsil alan şagirdlərdə ana dilinin inkişafı, maarifçi düşüncələrin formalaşdırılması məqsədi daşıyan layihənin gerçəkləşdirilməsi məktəb rəhbərliyi tərəfindən təqdirəlayiq hesab olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi