Etnoqrafik ekskursiya

    Rus bölməsi üzrə təhsil alan 7d sinif şagirdləri coğrafiya müəllimi Ziya Şahməmmədlinin təşkilatçılığı və rəhbərliyi ilə "Qala etnoqrafik muzeyinin tarixi və coğrafi mövqeyi" mövzusunu əsas tutaraq ekskursiyaya gediblər. Muzeyə səyahət zamanı Ziya müəllim şagirdlərə məkanla bağlı maraqlı məlumatlar verib. Muzeydə qədim Qala kəndində yaşamış insanların həyat tərzini əks etdirən əşyalar, kurqanlar, sərdabələr, məscid və hamamlar, qayaüstü və qayaaltı yaşayış məskənləri, qayaüstü təsvirlər şagirdlərdə böyük maraq doğurub. Açıq səma altında yaradılmış nadir muzeylərdən olan Qala Arxeoloji- Etnoqrafik Muzey Kompleksində maraqlı anları əbədiləşdirmək üçün şagirdlər xatirə şəkilləri çəkdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi