"İmtahan həyəcanı" adlı maarifləndirici görüş

    19.04.2024 tarixində 181 nömrəli məktəbin psixoloqu Məryəm Məmmədovanın təşkilatçılığı və 9-cu sinif şagirdlərinin iştirakı ilə "İmtahan həyəcanı" adlı maarifləndirici görüş keçirilib. Psixoloji hazırlığın gücləndirilməsi məqsədilə keçirilən görüşdə psixoloq şagirdlərə imtahanöncəsi stres və qorxunun aradan qaldırılmasına xidmət edən tövsiyələr verib.

    Vaxtın düzgün dəyərləndirilməsi, imtahan nəticələrindən asılı olmayaraq onların sağlığının hər şeydən vacib olması haqqında söhbətlər aparıb. Bu məsələdə psixoloqla yanaşı valideyn dəstəyinin vacibliyini qabarıq şəkildə vurğulayan psixoloq motivasiyaedici fikirləri ilə şagirdləri daha da ruhlandıraraq müsbət enerjiyə kökləyib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi